Кофемашина Saeco SM6580/10 - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

35
Azərbaycanca
Ərpin təmizlənməsi proseduru
Yalnız Philips ərp təmizləyicisindən istifadə edin. Heç bir halda kükürd turşusu, xlorid turşusu, sulfamik və ya
sirkə turşusu (sirkə) tərkibli ərp təmizləyicidən istifadə etməməlisiniz, çünki bu, maşınınızdakı su dövrəsini
zədələyə bilər və yığılmış ərp qatını lazımi şəkildə təmizləməyəcək. Philips ərp təmizləyicisindən istifadə
etməsəniz, zəmanətiniz ləğv olunacaq. Cihazın ərpdən təmizlənməməsi də həmçinin zəmanətinizi ləğv
edəcək. Philips ərp təmizləyicisini yerli və ya onlayn satış şirkətindən, yaxud rəsmi xidmət mərkəzlərindən
satın ala bilərsiniz.
1
Maşın ərpin təmizlənməsini tələb etdikdə, başlamaq üçün OK işarəsinə toxunun. Maşın tərəfindən tələb
olunmadan ərpi təmizləməyə başlamaq üçün Təmizləmə simvoluna basın və “Ərpi təmizləyin” seçimini
edin.
2
Damcılam qabını, qəhvə xıltı qabını, HygieSteam konteynerini çıxarıb (Şək. 35), boşaldın və yenidən
quraşdırın.
3
Su çənini çıxarın və onu boşaldın. Daha sonra AquaClean filtrini çıxarın.
4
Philips ərp təmizləyicisinin bütün şüşəsini su çəninə tökün və sonra onu ƏRP TƏMİZLƏMƏ səviyyəsinə
qədər su ilə doldurun (Şək. 51). Sonra onu yenidən maşına yerləşdirin.
5
Qəhvə süzmə lüləyinin altına böyük qab (1,5 l) yerləşdirin.
6
HygieSteam konteynerinin düzgün şəkildə yığıldığından (Şək. 44) və maşına bərkidilməsindən əmin olun
(Şək. 45). Süd borusunu süd borusu fiksatoruna yerləşdirin (Şək. 46).
7
Ərpi təmizləmə proseduruna başlamaq üçün ekranda verilən təlimatlara əməl edin. Ərpdən təmizləmə
proseduru təqribən 30 dəqiqə davam edir, ərpin təmizlənməsi və yaxalama dövründən ibarətdir.
8
Ərpin təmizlənməsi dövrü başa çatan kimi siz su çənini və su dövrəsini su ilə yaxalamalısınız. Ekrandakı
təlimatlara əməl edin.
9
Su çəninə yeni AquaClean filteri yerləşdirin və onu işə salın (Bax 'AquaClean su filterinin aktivləşdirilməsi
(5 dəq.)').
İpucu: AquaClean filtrindən istifadə ərp təmizləmə ehtiyacını azaldır!
Ərp təmizləmə proseduru yarıda kəsilərsə nə etməli
Siz idarəetmə panelindəki yandırma/söndürmə düyməsini basaraq ərp təmizləmə prosedurundan çıxa
bilərsiniz. Əgər ərp təmizləmə proseduru tam başa çatmamış dayandırılırsa, aşağıdakıları edin:
1
Su çənini yaxşıca yuyun və boşaldın.
2
Su çənini ƏRPDƏN TƏMİZLƏMƏ səviyyəsi göstəricisinə qədər təmiz su ilə doldurun və maşını yenidən işə
salın. Maşın qızmağa başlayacaq və avtomatik yaxalama dövrünü də yerinə yetirəcək.
3
Hər hansı bir içki dəmləməzdən əvvəl əl ilə yaxalama prosedurunu edin. Əl ilə yuyulma prosedurunu
yerinə yetirmək üçün əvvəlcə su çənini yarıya kimi isti su ilə doldurub süzün və sonra üyüdülmüş qəhvə
əlavə etmədən 2 stəkan əvvəlcədən üyüdülmüş qəhvə dəmləyin.
Qeyd: Əgər ərpdən təmizləmə proseduru tamamlanmayıbsa, maşın mümkün qədər tez başqa bir ərp
təmizləmə prosedurunu tələb edəcək.
Xəta kodları
Aşağıda özünüz həll edə biləcəyiniz problemləri göstərən səhv kodlarının siyahısını tapa bilərsiniz. Video
təlimatlara
www.saeco.com/care
veb-səhifəsində baxa bilərsiniz. Başqa səhv kodu görünsə, ölkənizdə
İstehsalçılara Yardım Mərkəzi ilə əlaqə saxlayın. Əlaqə məlumatları üçün zəmanət kitabçasına baxın.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)











