Кофемашина Saeco SM6580/10 - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

29
Azərbaycanca
Qonaq profilini
Maşınınızda qonaq profili var. Qonaq profili seçildikdə profil işarəsi sönür. Bu profili seçdiyiniz zaman yenə
də parametrləri istədiyiniz kimi fərdiləşdirə bilərsiniz, lakin dəmlədiyiniz reseptlər saxlanılmayacaq.
Ekstra əlavə (ExtraShot)
Məsələn, daha sərt qəhvə istəyirsinizsə, maşın qəhvə və südlü içkilərinizə ekstra Ristretto əlavə etmək imkanı
təklif edir.
1
Kranın altına bir fincan yerləşdirin.
2
Başqa içki (Şək. 2) seçmək üçün tək toxunuşla içki simvol birinə basın, yaxud başqa içki seçmək üçün
“Daha Çox İçki” simvoluna basın (Şək. 3).
3
Sərtliyi ən yüksək səviyyəyə təyin etmək üçün yuxarı ox düyməsindən istifadə edin və ExtraShot
funksiyasını seçin (Şək. 17).
4
Digər parametrləri fərdiləşdirmək istəyirsinizsə, OK simvoluna basın. Sonra isə içkini dəmləyə başlamaq
üçün başlatma/dayandırma düyməsinə basın.
5
Maşın işini bitirməzdən əvvəl içkinin süzülməsini dayandırmaq üçün başlatma/dayandırma düyməsinə
yenidən basın.
ExtraShot funksiyasını seçdiyiniz zaman eyni anda yalnız bir qəhvə dəmləyə bilərsiniz.
Maşın parametrlərini tənzimlənməsi
Suyun sərtliyinin tənzimlənməsi
Optimal performans və maşının istismar müddətinin daha uzun olması üçün suyun sərtliyi parametrini
regionunuzdakı suyun sərtliyinə tənzimləməyinizi məsləhət görürük. Bu, həmçinin maşınınızın ərpini tez-tez
təmizləməyin də qarşısını alır. Suyun sərtliyi parametri üçün standart 4-dür: sərt su.
Bölgənizdəki suyun sərtliyini təyin etmək üçün qutuda təchiz edilmiş suyun sərtliyi
test zolağından istifadə edin:
1
Suyun sərtliyi test zolağını kranın suyuna batırın və ya kranın altında 1 saniyə saxlayın (Şək. 18).
2
1 dəqiqə gözləyin. Test zolağında qırmızıya çevrilən kvadratların sayı suyun sərtliyini göstərir (Şək. 19).
Maşın üçün düzgün su sərtliyini təyin edin:
1
"Suyun sərtliyini" seçmək üçün Parametrlər işarəsinə toxunun və yuxarı və aşağı oxlardan istifadə edin.
Sonra isə təsdiqləmək üçün OK işarəsinə basın.
2
Suyun sərtlik səviyyəsini seçmək üçün yuxarı və aşağı oxlardan istifadə edin. Displeydə seçilmiş qırmızı
kvadratların sayı test zolağındakı qırmızı kvadratların sayı ilə eyni olmalıdır (Şək. 20).
3
Düzgün su sərtliyi təyin etdiyiniz zaman onu təsdiqləmək üçün OK işarəsinə toxunun.
Üyütmə parametrinin tənzimlənməsi
Qəhvənin sərtliyini qəhvə konteynerinin içərisindəki üyütməni tənzimləmə düyməsi ilə dəyişə bilərsiniz.
Üyütmə parametri nə qədər aşağı olarsa, qəhvə dənələri bir o qədər incə üyüdülür və qəhvə bir o qədər sərt
olur. Seçə biləcəyiniz 12 müxtəlif üyütmə parametrləri mövcuddur.
Maşın qəhvə dənələrinizdən ən yaxşı dadı əldə etmək üçün quraşdırılmışdır. Bu səbəbdən, 100–150 fincan
dəmlənənə qədər (təxminən 1 ay istifadə) üyütmə parametrini tənzimləməməyiniz tövsiyə olunur.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)











