Кофемашина Saeco SM6580/10 - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

31
Azərbaycanca
AquaClean su filterinin aktivləşdirilməsi (5 dəq.)
Maşın filterin su çəninə yerləşdirildiyini avtomatik aşkar edə bilmir. Ona görə də “Təmizləmə”
menyusunda quraşdırdığınız hər yeni AquaClean su filterini aktivləşdirməlisiniz.
Maşın filteri aktivləşdirmə mesajını göstərməyi dayandırdıqda yenə də AquaClean su filterini aktivləşdirə
bilərsiniz, lakin ilk olaraq maşının ərpini təmizləməli olacaqsınız.
AquaClean su filterindən istifadəyə başlamazdan əvvəl maşınınız ərpdən tamamilə təmizlənməlidir.
AquaClean su filterini aktivləşdirməzdən əvvəl onu aşağıda göstərildiyi kimi suya batırmaqla hazırlamalısınız.
Bunu etməsəniz, maşına suyun əvəzinə hava dola bilər, bu isə çoxlu səs-küyə səbəb olur və maşının qəhvə
dəmləməsinə mane olur.
1
“Təmizləmə” simvoluna basın və “AquaClean” seçimini etmək üçün yuxarı və aşağı oxlardan istifadə
edin.
2
Təsdiqləmək üçün OK simvoluna basın.
3
Aktivləşdirmə ekranı göründükdə OK simvoluna yenidən basın. Ekrandakı təlimatlara əməl edin.
4
Filteri 5 saniyə çalxalayın (Şək. 23).
5
Filteri soyuq su ilə dolu qaba tərs şəkildə batırın və onu silkələyin/təzyiq tətbiq edin (Şək. 24).
6
Filteri şaquli olaraq su çəninin filter bağlantısına daxil edin. Onu mümkün olan ən aşağı nöqtəyə qədər
basın (Şək. 25).
7
Su çənini təmiz su ilə doldurun və yenidən maşına yerləşdirin.
8
Kranının altına bir kasa yerləşdirin.
9
Aktivləşdirmə prosesini başlatmaq üçün başlatma/dayandırma düyməsinə basın.
10
1 dəqiqə ərzində krandan isti su süzüləcək.
11
Filter indi uğurla aktivləşdirilib.
AquaClean su filtrinin dəyişdirilməsi (5 dəq.)
Filtrdən 95 litr su axdıqdan sonra filtr işləməyi dayandıracaq. AquaClean status göstəricisi filtri dəyişdirməyi
xatırlatmaq üçün 0%-ə enir. AquaClean statusunun göstəricisi displeydə göründüyü müddətcə maşının
ərpini təmizləməyə ehtiyac olmadan filtri dəyişdirə bilərsiniz. AquaClean filtrini vaxtında dəyişdirməsəniz,
AquaClean göstəricisi bir müddətdən sonra sönəcək. Bu halda, siz yenə də filtri dəyişdirə bilərsiniz, lakin
əvvəlcə maşının ərpini təmizləməlisiniz.
AquaClean statusunun göstəricisi 0%-ə düşdükdə və ya maşın sizə AquaClean filtrini dəyişdirməyi
xatırlatdıqda:
1
köhnə AquaClean su filtrini çıxarın.
2
yeni filtri quraşdırın və onu "AquaClean su filtrinin aktivləşdirilməsi (5 dəq.)" fəslində göstərildiyi kimi
aktivləşdirin.
Maşın dəyişdirmənin tələb edildiyini hələ göstərməsə də, AquaClean su filtrini ən azı hər 3 aydan bir
dəyişdirin.
Dəmləmə dəstinin çıxarılması və taxılması
Dəmləmə dəstinin çıxarılması, daxil edilməsi və təmizlənməsi haqqında ətraflı video təlimatlar üçün
www.saeco.com/care
veb səhifəsinə nəzər salın.
Dəmləmə dəstinin maşından çıxarılması
1
Maşını söndürün.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)











