Планшеты Samsung Tab Active Pro - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

Azərbaycan (latin)
50
Bu məhsuldakı batereyaların düzgün utilizasiyası
Batareya, təlimat kitabçası və ya qablaşdırmanın üzərindəki bu nişan bu məhsuldakı
batareyanın istismar müddəti bitdikdən sonra digər ev əşyaları ilə birlikdə atılmamalı
olduğunu göstərir. Kimyəvi element simvolları olan Hg, Cd və ya Pb işarələrinin
olması o deməkdir ki, batareyada 2006/66 EC Direktivində göstərilən səviyyədən
yüksək miqdarda civə, kadmium və ya qurğuşun var.
Məsuliyyətdən imtina
Bu cihaz vasitəsilə əlçatan olan bəzi məzmun və xidmətlər üçüncü tərəflərə aiddir və müəllif
hüququ, patent, ticarət nişanı və/və ya digər əqli mülkiyyət hüquqları ilə qorunur. Bu cür məzmun və
xidmətlər yalnız qeyri-kommersiya məqsədli şəxsi istifadəniz üçün təmin edilir. Məzmun sahibi və ya
xidmət təchizatçısı tərəfindən icazə verilməyən tərzdə heç bir məzmun və ya xidmətdən istifadə edə
bilməzsiniz. Yuxarıda qeyd edilənləri məhdudlaşdırmadan, müvafiq məzmun sahibinin və ya xidmət
təchizatçısının açıq-aydın icazəsi olmadan bu cihaz vasitəsilə təqdim edilən hər hansı məzmun və ya
xidmətləri hər hansı bir üsul və ya vasitə ilə dəyişə, kopyalaya, yenidən nəşr edə, yükləyə, dərc edə,
ötürə, tərcümə edə, sata, törəmə işlərini hazırlaya, istismar edə və ya paylaya bilməzsiniz.
“ÜÇÜNCÜ TƏRƏF MƏZMUN VƏ XİDMƏTLƏRİ “OLDUĞU KİMİ” TƏMİN EDİLİR. SAMSUNG HƏR
HANSI MƏQSƏDLƏ BU CÜR TƏMİN EDİLƏN HEÇ BİR MƏZMUN VƏ YA XİDMƏTƏ GÖRƏ AÇIQ-
AYDIN VƏ YA DOLAYI ŞƏKİLDƏ ZƏMANƏT VERMİR. SAMSUNG BÜTÜN DOLAYI ZƏMANƏTLƏRİ,
O CÜMLƏDƏN SATIŞ İMKANI VƏ YA HANSISA MƏQSƏDƏ UYĞUNLUQ ZƏMANƏTLƏRİNİ
AÇIQ-AŞKAR İNKAR EDİR. SAMSUNG BU CİHAZ VASİTƏSİLƏ ƏLÇATAN EDİLƏN HƏR HANSI
MƏZMUN VƏ YA XİDMƏTİN DƏQİQLİYİNƏ, ETİBARLILIĞINA, ZAMANLILIĞINA, QANUNİLİYİNƏ
VƏ YA TAMLIĞINA ZƏMANƏT VERMİR VƏ SAMSUNG SƏHLƏNKARLIQ DA DAXİL OLMAQLA,
MÜQAVİLƏ ÜZRƏ HÜQUQ POZUNTUSU İLƏ BAĞLI OLUB-OLMAMASINDAN ASILI OLMAYARAQ,
HEÇ BİR HALDA HƏR HANSI MƏZMUN VƏ YA XİDMƏTDƏ ƏKS ETDİRİLƏN MƏLUMATDAN
QAYNAQLANAN VƏ YA ONUNLA ƏLAQƏDAR OLAN VƏ YA SİZİN, YA DA ÜÇÜNCÜ TƏRƏFİN
MƏZMUN VƏ YA XİDMƏTDƏN İSTİFADƏSİNİN SƏBƏB OLDUĞU HƏR HANSI BİRBAŞA, DOLAYI,
TƏSADÜFİ, XÜSUSİ VƏ YA GÖZLƏNİLƏN ZİYANA, VƏKİL RÜSUMLARI, XƏRC VƏ YA DİGƏR
ZƏRƏRLƏRƏ GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR (BU ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ BARƏDƏ
BİLDİRİLMİŞ OLSA BELƏ)”.
Üçüncü tərəf xidmətləri istənilən vaxt ləğv edilə və ya dayandırıla bilər və Samsung hər hansı
məzmun və ya xidmətin müəyyən müddət ərzində əlçatan olacağına dair heç bir bəyanat
və ya zəmanət vermir. Məzmun və xidmətləri Samsung-un idarə etmədiyi şəbəkə və ötürmə
qurğuları vasitəsilə üçüncü tərəflər ötürür. Bu məsuliyyətdən imtina müddəasının ümumiliyini
məhdudlaşdırmadan Samsung bu cihaz vasitəsilə əlçatan edilən hər hansı məzmun və ya xidmətin
təxirə salınması və ya dayandırılması üzrə məsuliyyətdən açıq-aydın imtina edir.
Samsung məzmun və xidmətlərlə əlaqədar müştəri xidmətləri üzrə məsuliyyət və ya öhdəlik daşımır.
Məzmun və ya xidmətlərlə bağlı xidmət üzrə hər hansı sual və ya sorğular birbaşa məsul məzmun və
xidmət təchizatçılarına ünvanlanmalıdır.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)