Планшеты Samsung Tab Active Pro - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

Azərbaycan (latin)
40
Tufan vaxtı cihazınızdan açıq havada istifadə etməyin
Bu, cərəyan vurmasına və ya cihazda nasazlığa səbəb ola bilər.
İstehsalçı tərəfindən təsdiqlənmiş batareya, doldurma qurğusu, aksessuar və məhsullardan
istifadə edin
•
Adi batareya və ya doldurma qurğularından istifadə etmək cihazınızın istismar müddətini qısalda
və ya nasazlığın yaranmasına səbəb ola bilər. Həmin cihazlar həm də yanğına və ya batareyanın
partlamasına səbəb ola bilər.
•
Yalnız xüsusi olaraq cihazınız üçün tərtib edilmiş, Samsung tərəfindən təsdiqlənmiş batareya,
doldurma qurğusu və naqildən istifadə edin. Uyğun olmayan batareya, doldurma qurğusu və
naqil ciddi xəsarətlərə və ya cihazın zədələnməsinə səbəb ola bilər.
•
Samsung tərəfindən təsdiqlənməmiş aksessuar və ya məhsullardan istifadə edildikdə Samsung
istifadəçinin təhlükəsizliyinə görə məsuliyyət daşımır.
Cihazı arxa ciblərinizdə və ya bel nahiyənizdə daşımayın
•
Cihaza həddindən çox təzyiq tətbiq edildikdə o, zədələnə, partlaya və ya yanğına səbəb ola bilər.
•
Toqquşduqda və ya yıxıldıqda xəsarət ala bilərsiniz.
Cihazı yerə salmayın və ya onu həddindən artıq zərbəyə məruz qoymayın
•
Bu, cihazı və ya batareyanı zədələyə, cihazda nasazlığa səbəb ola və ya onun istismar müddətini
qısalda bilər.
•
Bu, həmçinin həddindən artıq qızmaya, alışmaya, yanğına və ya başqa təhlükələrə səbəb ola bilər.
Cihaz və doldurma qurğusundan ehtiyatla istifadə edin və onu ehtiyatla atın
•
Heç vaxt batareya və ya cihazı yanğına atmayın. Heç vaxt batareya və ya cihazı mikrodalğalı soba,
soba və ya radiator kimi qızdırıcı cihazların üzərinə və ya içinə qoymayın. Cihaz həddindən çox
qızdıqda partlaya bilər. İstifadə edilmiş batareya və ya cihazı atarkən bütün yerli normativlərə
əməl edin.
•
Heç vaxt cihazı əzməyin və ya deşməyin.
•
Cihazı yüksək xarici təzyiqə məruz qoymayın, bu, daxili qısa qapanmaya və həddindən artıq
qızmaya səbəb ola bilər.
Cihazı, batareyanı və doldurma qurğusunu zədələnməkdən qoruyun
•
Cihaz və batareyanızı çox soyuq və ya çox isti temperatura məruz qoymayın.
•
Ekstremal temperatur cihazı zədələyə və cihazın, batareyanın dolma tutumunu və istismar
müddətini qısalda bilər.
•
Batareyanın müsbət və mənfi klemmalarını birbaşa birləşdirməyin və onların metal əşyalara
təmas etməsinə imkan verməyin. Bu, batareyada nasazlığa səbəb ola bilər.
•
Örtüyü soyulmuş və ya zədələnmiş naqildən, eləcə də zədələnmiş, nasazlığı olan doldurma
qurğusu və ya batareyadan istifadə etməyin.
•
Batareya bölməsinin üstü açıq olduqda cihazı işə salmayın, ondan istifadə etməyin.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)