Планшеты Samsung Tab Active Pro - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

Azərbaycan (latin)
45
Cihaz həddindən çox qızdıqda ona təmas etməyin. Buna əməl etməmək aşağı temperatur
yanıqlarına, qızartıya və dəri piqmentasiyasına səbəb ola bilər
•
Cihazdan uzun müddət istifadə etdikdə həddindən çox qızmasına diqqət edin və dəri ilə uzun
müddət təmasından çəkinin.
•
Cihazınız doldurularkən və ya enerji mənbəyinə qoşulu olduğu zaman onun üzərində oturmayın
və dərinizlə uzun müddət birbaşa təmas halında saxlamayın.
•
Yüksək temperatura dözümlülük fərddən asılı olaraq dəyişir. Uşaqların, yaşlıların və məhdudiyyəti
olan insanların cihazdan istifadəsi ilə bağlı xüsusilə diqqətli olun.
Cihazınızdan arxa qapağı çıxarılmış vəziyyətdə istifadə etməyin
Batareya cihazdan düşə bilər, bu da zərər və ya nasazlıqla nəticələnə bilər.
Kamera linzasını birbaşa düşən gün işığı kimi güclü işıq mənbəyinə məruz qoymamaq üçün
diqqətli olun
Kamera linzası birbaşa düşən gün işığı kimi güclü işıq mənbəyinə məruz qaldıqda kameranın təsvir
sensoru zədələnə bilər. Zədələnmiş təsvir sensorunu təmir etmək olmur və şəkillərdə nöqtə və ya
ləkələrə səbəb olur.
Cihazınızda kamera işığı və ya fənər varsa, ondan insanların və ya ev heyvanlarının gözlərinə
yaxın məsafədə istifadə etməyin
Kamera işığından gözlərə yaxın məsafədə istifadə etmək görmə qabiliyyətinin müvəqqəti itməsinə
və ya gözlərin zədələnməsinə səbəb ola bilər.
Yanıb-sönən işıqlara məruz qalarkən ehtiyatlı olun
•
Cihazınızdan istifadə edərkən otaqda bir qədər işığın olmasını təmin edin və ekranı gözlərinizə
çox yaxın tutmayın.
•
Uzun müddət videolar izlədikdə və ya Flash əsaslı oyunlar oynadıqda bu cür yanıb-sönən işığa
məruz qalmaq ürəkkeçməyə və ya gözün qaralmasına səbəb ola bilər. Narahat hiss etdikdə
cihazdan istifadəni dərhal dayandırın.
•
Qohumlarınızdan biri bənzər cihazdan istifadə zamanı ürəkkeçmə və ya göz qaralması ilə
üzləşibsə, cihazdan istifadə etmədən əvvəl həkimə müraciət edin.
•
Əzələ spazmı və ya dezoriyentasiya kimi narahatlıqlar hiss etsəniz, cihazdan istifadəni dərhal
dayandırın və həkimə müraciət edin.
•
Göz yorğunluğunun qarşısını almaq üçün cihazdan istifadə edərkən tez-tez fasilə edin.
Təkrarlanan hərəkətdən qaynaqlanan zədə riskini azaldın
Düymələrə basmaq, sensor ekranda barmaqlarınızla simvollar çəkmək kimi təkrarlanan əməliyyatlar
yerinə yetirdikdə əllərinizdə, boynunuzda, çiyinlərinizdə və bədəninizin digər hissələrində bəzən
narahatlıq hiss edə bilərsiniz. Cihazınızdan uzun müddət istifadə etdikdə cihazı rahat şəkildə
saxlayın, düymələrə astaca basın və tez-tez fasilə edin. Bu cür istifadə zamanı və ya bundan sonra
narahatlığınız davam edərsə, cihazdan istifadəni dayandırın və həkimə müraciət edin.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)