Планшеты Samsung Tab Active Pro - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

Azərbaycan (latin)
42
Diqqət
Təhlükəsizliklə bağlı ehtiyat tədbirlərinə və qaydalara əməl
etməmək xəsarətə və ya əmlakın zədələnməsinə səbəb ola bilər
Cihazınızdan digər elektron cihazların yanında istifadə etməyin
•
Əksər elektron cihazlar radio tezlik siqnallarından istifadə edir. Cihazınız digər elektron cihazların
işləməsinə mane ola bilər.
•
LTE data bağlantısından istifadə audio avadanlıq və telefonlar kimi digər cihazların işləməsinə
mane ola bilər.
Cihazınızdan xəstəxanada, təyyarədə və ya radio tezliyin təsirinə məruz qala biləcək
avtomobil texnikasında istifadə etməyin
•
Cihazınız kardiostimulyatorun işləməsinə mane ola biləcəyi üçün mümkün olduqda cihazınızı
ondan 15 sm məsafədə saxlayın.
•
Kardiostimulyatorun işləməsində yarana biləcək maneəni minimuma endirmək üçün cihazınızdan
yalnız bədəninizin kardiostimulyatora əks olan tərəfində istifadə edin.
•
Tibbi avadanlıqdan istifadə edirsinizsə, cihazınızdan istifadə etmədən əvvəl avadanlıq istehsalçısı
ilə əlaqə saxlayıb, cihazın buraxdığı radio tezliyin avadanlığa təsirinin olub-olmayacağını
müəyyənləşdirin.
•
Təyyarədə olduqda elektron cihazlardan istifadə təyyarənin elektron naviqasiya alətlərinə təsir
edə bilər. Hava yolu şirkətinin təqdim etdiyi qaydalara və təyyarə heyətinin təlimatlarına əməl
edin. Cihazdan istifadəyə icazə verilən məqamlarda ondan yalnız uçuş rejimində istifadə edin.
•
Cihazınızın buraxdığı radio dalğaların təsiri ilə avtomobilinizdəki elektron cihazlarda nasazlıq
yarana bilər. Ətraflı məlumat üçün istehsalçı ilə əlaqə saxlayın.
Cihazı kəskin tüstü və ya dumana məruz qoymayın
Bu, cihazın xarici hissəsini zədələyə və ya nasazlığa səbəb ola bilər.
Eşitmə aparatından istifadə edirsinizsə, radio dalğaların təsiri barədə məlumat əldə etmək
üçün istehsalçı ilə əlaqə saxlayın
Cihazınızın buraxdığı radio tezlik bəzi eşitmə aparatlarının işləməsinə mane ola bilər. Cihazınızdan
istifadə etmədən əvvəl eşitmə aparatınızın cihazınızın buraxdığı radio tezliklərin təsirinə məruz qalıb-
qalmayacağını müəyyənləşdirmək üçün istehsalçı ilə əlaqə saxlayın.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)