Планшеты Samsung Tab Active Pro - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

Azərbaycan (latin)
47
•
Cihaz və batareyanın maksimum istismar müddətini təmin etmək üçün bu təlimat kitabçasındakı
bütün təlimatlara əməl edin. Xəbərdarlıq və təlimatlara əməl etməmə nəticəsində yaranan zədə
və ya aşağı məhsuldarlıq istehsalçı zəmanətini keçərsiz edə bilər.
•
Cihazınız vaxt keçdikcə köhnələ bilər. Bəzi hissələr və təmir işləri zəmanət keçərli olduğu müddət
ərzində zəmanətlə qarşılanır, lakin təsdiq edilməmiş aksesuarlardan istifadənin səbəb olduğu
zədə və ya korlanma halları zəmanətlə qarşılanmır.
Cihazdan istifadə edərkən aşağıdakıları nəzərə alın
•
Cihazı ənənəvi telefonda olduğu kimi şaquli vəziyyətdə tutun.
•
Birbaşa mikrofona danışın.
Cihazınızı hissələrə ayırmayın, dəyişiklik etməyin və ya təmir etməyin
•
Cihazınıza edilən hər hansı dəyişiklik və düzəlişlər istehsalçı zəmanətini keçərsiz edə bilər.
Cihazınızın texniki qulluğa ehtiyacı olarsa, onu Samsung Xidmət Mərkəzinə aparın.
•
Batareyanı hissələrə ayırmayın və ya deşməyin, çünki bu, partlayışa və ya yanğına səbəb ola bilər.
•
Batareyanı hissələrə ayırmayın, təkrar istifadə etməyin.
•
Batareyanı çıxarmadan əvvəl cihazı söndürün. Cihaz yanılı ikən batareyanı çıxarsanız, cihazda
nasazlıq yarana bilər.
Cihazı təmizləyərkən aşağıdakıları nəzərə alın
•
Cihazı və ya doldurma qurğusunu dəsmal və ya silgi ilə silin.
•
Batareya klemmalarını pambıq və ya dəsmal ilə silin.
•
Kimyəvi maddə və ya yuyucu vasitələrdən istifadə etməyin. Bu, cihazın xarici səthinin rənginin
dəyişməsinə və ya korlanmasına, cərəyan vurmasına səbəb ola bilər.
•
Cihazın toz, tər, mürəkkəb, yağ və kosmetika, antibakterial sprey, əl təmizləyici, yuyucu vasitələr
və həşəratlara qarşı vasitələr kimi kimyəvi məhsullara məruz qalmasının qarşısını alın. Cihazın
xarici və daxili hissələri zədələnə və ya məhsuldarlıq aşağı düşə bilər. Cihazınız yuxarıda sadalanan
maddələrdən hər hansı birinə məruz qalarsa, onu təmizləmək üçün lifsiz yumşaq parçadan
istifadə edin.
Cihazdan nəzərdə tutulandan kənar məqsədlər üçün istifadə etməyin
Cihazınızda nasazlıq yarana bilər.
Cihazdan ictimai yerdə istifadə etdikdə başqalarını narahat etməyin
Yalnız ixtisaslı işçilərin cihazınıza texniki qulluq göstərməsinə icazə verin
Cihazınıza ixtisassız işçilərin texniki qulluq göstərməsinə icazə vermək cihazınızın zədələnməsinə
səbəb ola və istehsalçı zəmanətini keçərsiz edə bilər.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)