Планшеты Samsung Tab Active Pro - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

Azərbaycan (latin)
46
Qarnituradan istifadə edərkən eşitmə qabiliyyətinizi və qulaqlarınızı qoruyun
•
Yüksək səs səviyyəsinə həddindən çox məruz qalmaq eşitmə qabiliyyətinin
zədələnməsinə səbəb ola bilər.
•
Yeriyərkən yüksək səs səviyyəsinə məruz qalmaq diqqətinizi yayındıra və
qəzaya səbəb ola bilər.
•
Qulaqlıqları audio mənbəyinə qoşmadan əvvəl səs səviyyəsini hər zaman azaldın, söhbəti və ya
musiqini eşitmək üçün zəruri olan minimum həddə səs səviyyəsindən istifadə edin.
•
Quru mühitlərdə qarnitarurada statik elektrik enerjisi toplana bilər. Quru mühitlərdə qarnituradan
istifadə etməyin və ya qarnituranı cihaza qoşmadan əvvəl statik elektrik enerjisini boşaltmaq üçün
metal əşyaya toxunun.
•
Nəqliyyat vasitəsi idarə edərkən qarnituradan istifadə etməyin. Bu, diqqətinizi yayındıraraq
qəzaya səbəb ola və ya regionunuzdan asılı olaraq qeyri-qanuni ola bilər.
Gəzərkən və ya hərəkət edərkən cihazdan istifadə zamanı ehtiyatlı olun
•
Özünüzə və başqalarına xəsarət vurmamaq üçün həmişə ətrafa diqqət edin.
•
Qarnitura naqilinin qollarınıza və ya yaxınlıqdakı əşyalara dolaşmadığından əmin olun.
Cihazınızı rəngləməyin və ya ona stikerlər yapışdırmayın
•
Rəng və stikerlər hərəkətli hissələri qapaya və düzgün işləməsinə mane ola bilər.
•
Cihazın rəngli və ya metal hissələrinə qarşı allergiyanız varsa, bu, dərinizin qaşınmasına, şişməsinə
və ya ekzemaya səbəb ola bilər. Bu baş verdikdə cihazdan istifadəni dayandırın və həkiminizə
müraciət edin.
Mobil cihazları və avadanlıqları ehtiyatla quraşdırın
•
Mobil cihazların və nəqliyyat vasitənizdə quraşdırılan əlaqədar avadanlıqların möhkəm
bərkidildiyindən əmin olun.
•
Cihazınızı və aksessuarları təhlükəsizlik yastığı yerləşən hissəyə yaxın və ya onun içinə qoymayın.
Təhlükəsizlik yastığı qəfil şişdikdə müvafiq qaydada quraşdırılmayan simsiz avadanlıqlar ciddi
xəsarətə səbəb ola bilər.
Cihazınızı yerə salmayın və ya onu zərbəyə məruz qoymayın
•
Cihazınız zədələnə və ya nasaz işləyə bilər.
•
Cihazınız əyilsə və ya deformasiyaya uğrasa, zədələnə bilər və ya hissələrində nasazlıq yarana
bilər.
Batareya və doldurma qurğusunun istismar müddətinin maksimum olmasını təmin edin
•
Batareyalardan uzun müddət istifadə etmədikdə onlarda nasazlıq yarana bilər.
•
Vaxt keçdikdə istifadə edilməmiş cihaz boşalır və istifadədən əvvəl yenidən doldurulmalı olur.
•
İstifadə edilmədikdə doldurma qurğusunu enerji mənbəyindən ayırın.
•
Batareyadan yalnız təyinatı üzrə istifadə edin.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)