Планшеты Samsung Tab Active Pro - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.

Azərbaycan (latin)
48
SIM kart, yaddaş kartı və ya naqillərdən ehtiyatla istifadə edin
•
Cihazınıza kart taxdıqda və ya naqil qoşduqda kartın düzgün yerə taxıldığından, naqilin isə
düzgün yerə qoşulduğundan əmin olun.
•
Məlumatlar ötürərkən və ya məlumatlara daxil olarkən kartı çıxarmayın. Bu, verilənlərin itməsinə
və/və ya kartın, cihazın zədələnməsinə səbəb ola bilər.
•
Kartları güclü zərbələrdən, statik elektrik enerjisindən və digər cihazların elektrik siqnallarından
qoruyun.
•
Barmaqlarınız və ya metal əşyalar ilə qızılı rəngli kontakt səthinə və ya klemmalara toxunmayın.
Çirkli olarsa, kartı yumşaq parça ilə silin.
•
Güc tətbiq edərək və ya uyğunsuz formada kartı taxmaq və ya naqili qoşmaq cihazın
çoxfunksiyalı yuvasını və ya digər hissələrini zədələyə bilər.
Fövqəladə hal xidmətlərinə giriş imkanını təmin edin
Bəzi ərazilərdə və ya bəzi şərtlər altında cihazınızdan fövqəladə zənglər etmək mümkün olmaya
bilər. Uzaq və ya inkişaf etməmiş ərazilərə səyahət etmədən əvvəl fövqəladə hal üzrə xidmət heyəti
ilə əlaqə saxlamağın alternativ metodunu planlaşdırın.
Şəxsi məlumatlarınızı qoruyun və həssas məlumatların sızmasının və ya sui-istifadəsinin
qarşısını alın
•
Cihazınızdan istifadə edərkən vacib məlumatların ehtiyat nüsxəsini çıxarın. Samsung verilənlərin
itməsinə görə məsuliyyət daşımır.
•
Cihazınızı atarkən bütün məlumatların ehtiyat nüsxəsini çıxarın və şəxsi məlumatlarınızın sui-
istifadəsinin qarşısını almaq üçün cihazınızı sıfırlayın.
•
Proqramlar yükləyərkən icazələr ekranını diqqətlə oxuyun. Xüsusilə də, bir çox funksiyalara və ya
xeyli miqdarda şəxsi məlumata giriş imkanı olan proqramlarla bağlı diqqətli olun.
•
İcazəsiz və ya şübhəli istifadə ilə bağlı hesablarınızı müntəzəm olaraq yoxlayın. Şəxsi
məlumatlarınızdan sui-istifadə ilə bağlı nəsə aşkarlasanız, hesab məlumatlarınızı silmək və
dəyişmək üçün xidmət təchizatçısı ilə əlaqə saxlayın.
•
Cihazınız itərsə və ya oğurlanarsa, şəxsi məlumatlarınızı qorumaq üçün hesablarınızdakı parolları
dəyişin.
•
Naməlum mənbələrdən olan proqramlardan istifadə etməyin və cihazınızı naxış, parol və ya PIN-
kod ilə kilidləyin.
Müəllif hüququ ilə qorunan materialları paylamayın
Məzmun sahiblərinin icazəsi olmadan müəllif hüququ ilə qorunan materialları paylamayın. Bu,
müəllif hüquqlarını poza bilər. İstehsalçı istifadəçinin müəllif hüququ olan materiallardan qanunsuz
istifadənin səbəb olduğu hüquqi məsələlərə görə məsuliyyət daşımır.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)