Кофеварка Saeco SM8889/00 - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.
Если остались вопросы, задайте их в комментариях после инструкции.
"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.
29
Azərbaycanca
İçki parametrləri üzrə dəstək
Müəyyən bir içki parametri haqqında əlavə məlumat əldə etmək üçün tənzimlənən çubuğu 3 saniyəlik basıb
saxlayın.
Süd tərkibli içkilərin dəmlənməsi
Süd tərkibli içkilər hazırlamaq üçün bir neçə sadə addım yerinə yetirilməlidir.
1
Su çənini kran suyu ilə və qəhvə bankasını qəhvə dənələri ilə doldurun.
İpucu: Elastik süd borusu kappuçinatora qoşulduqda, su çəninə asanlıqla daxil olmaq üçün süzmə lüləyini
ən yuxarı mövqeyə sürüşdürün.
2
Süd konteynerinin qapağını açın və onu südlə doldurun.
Optimal nəticələr üçün həmişə birbaşa soyuducudan götürülmüş süddən istifadə edin.
3
Elastik süd borusunu kapuçinatora qoşun.
4
Metal süd borusunu konteynerə yerləşdirin.
5
İçkilər nişanına toxunun, seçiminizə uyğun süd tərkibli içki nişanını seçin.
6
Tənzimlənən çubuqları yuxarı və aşağı sürüşdürməklə parametrləri öz seçiminizə uyğun tənzimləyə
bilərsiniz.
7
Seçilmiş içkini dəmləməyə başlamaq üçün istənilən vaxt başlat/dayandır nişanına basın.
-
Xüsusi içkilər üçün maşın əvvəlcə süd, sonra isə qəhvəni süzür. Bir sıra digər içkilər üçün bu proses
əksinədir, maşın əvvəlcə qəhvəni, sonra isə südü süzür.
-
Maşın əvvəlcədən təyin edilmiş miqdarı verməmişdən əvvəl südün süzülməsini dayandırmaq üçün
başlat/dayandır nişanına (yalnız SM8780, SM8782, SM8785) və ya dayandır nişanına (yalnız
SM8885, SM8889) basın.
-
Maşın işini bitirməmişdən əvvəl bütün içkinin (süd və qəhvə) süzülməsini dayandırmaq üçün
başlat/dayandır nişanına (yalnız SM8780, SM8782, SM8785) basıb saxlayın və ya dayandır nişanına
(yalnız SM8885, SM8889) basın.
Süd süzüldükdən dərhal sonra “HygieSteam Shot” funksiyası həyata keçirilir. Maşın südü tez axıtmaq
üçün daxili süd sistemi vasitəsilə güclü buxar üfürür. Süd borusunun metal hissəsi isti ola bilər. Yanma
riskinin qarşısını almaq üçün əvvəlcə onun soyumasını gözləyin.
İpucu: Süd tərkibli içkilərinizi dəmləmək üçün adi süd qutusundan da istifadə edə bilərsiniz. Metal süd
borusunu birbaşa süd qutusuna qoyun.
Характеристики
Остались вопросы?Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)