Philips PerfectCare Compact Plus GC7920/20 - Инструкция по эксплуатации - Страница 94

Парогенераторы Philips PerfectCare Compact Plus GC7920/20 - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.

Если остались вопросы, задайте их в комментариях после инструкции.

"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.
Страница:
/ 138
Загружаем инструкцию
background image

96

 -

Cihazı yenidən aktivləşdirmək üçün yandırın/söndürün düyməsinə və ya buxar düyməsinə basın. Cihaz 

yenidən qızmağa başlayacaq. 

 -

Gözləmə rejiminə keçdikdən sonra növbəti 10 dəqiqə istifadə edilmədikdə cihaz avtomatik sönür. 

Yandırın/söndürün düyməsindəki işıq sönür.

Xəbərdarlıq: Cihaz elektrik şəbəkəsinə qoşulduqda onu heç vaxt nəzarətsiz qoymayın. Həmişə 

istifadədən sonra cihazı şəbəkədən ayırın.

Təmizlik və baxım

Smart Ərp Təmizləmə Sistemi 

Ərp çıxarma və təmizləməni müntəzəm olaraq həyata keçirmək üçün cihazda Smart Ərp Təmizləmə sistemi 

dizayn edilmişdir. Bu, güclü buxar performansını qorumağa kömək edir və zamanla ütü altlığından kir 

və ləkələrin çıxmasının qarşısını alır. Təmizləmə prosesinin həyata keçirilməsini təmin etmək üçün cihaz 

müntəzəm olaraq sizə xatırladıcılar göndərir.

Səs və işığı olan Ərp Təmizləmə xatırladıcısı

1-3 aylıq istifadədən sonra Ərp Təmizləmə işığı yanıb-sönməyə başlayır və cihaz Ərp Təmizləmə prosesini 

yerinə yetirməli olduğunuzu bildirmək üçün siqnal verməyə başlayır (Şək. 14).

Bundan əlavə, ərpdən qorumaq üçün cihaza ikinci bir müdafiə mərhələsi daxil edilmişdir: ərp təmizləmə 

prosesi aparılmasa, buxar funksiyası söndürülür (Şək. 15). Ərp çıxarıldıqdan sonra buxar funksiyası bərpa 

olunacaq. Bu, istifadə olunan suyun növündən asılı olmayaraq baş verir.
Qeyd: Ərp Təmizləmə prosesi istənilən vaxt, hətta səs və işıq xatırladıcısı hələ aktivləşdirilməsə belə, həyata 

keçirilə bilər.

Ərp Təmizləmə qabı ilə Ərp Təmizləmə prosesinin yerinə yetirilməsi

Xəbərdarlıq: Ərp Təmizləmə prosesi zamanı cihazı nəzarətsiz qoymayın.

Diqqət: Ərp Təmizləmə prosesini həmişə Ərp Təmizləmə qabı ilə həyata keçirin. Ütünü Ərp Təmizləmə 

qabından yuxarı qaldıraraq prosesi dayandırmayın, çünki ütü altlığından isti su və buxar çıxacaq.

Su çənini yarıya qədər doldurun.
Qeyd: Ərp Təmizləmə prosesi zamanı cihazın elektrik şəbəkəsinə qoşulduğuna və YANDIRILDIĞINA əmin 

olun.

Ərp Təmizləmə qabını ütü masasına və ya hər hansı digər düz, sabit səthə qoyun.

Ütünü Ərp Təmizləmə qabının üzərinə sabit şəkildə qoyun (Şək. 16).

Qısa siqnal səsi eşidənə qədər ƏRP TƏMİZLƏMƏ düyməsini 2 saniyə basılı saxlayın (Şək. 17).
Qeyd: Ərp Təmizləmə qabı Ərp Təmizləmə prosesi zamanı ərp hissəciklərinin və isti suyun yığılması üçün 

nəzərdə tutulub. Bütün proses zamanı ütünü bu qabın üzərinə qoymaq tamamilə təhlükəsizdir.

Ərp Təmizləmə prosesi zamanı qısa siqnal və nasos səsi eşidəcəksiniz (Şək. 18).

Cihazın prosesi tamamlaması üçün təxminən 2 dəqiqə gözləyin (Şək. 19). Ərp Təmizləmə prosesi 

tamamlandığı zaman ütü siqnal veməyi, ƏRP TƏMİZLƏMƏ işığı isə yanıb-sönməyi dayandırır.

Ütünü parça ilə silin və yenidən altlıq yerinə qoyun (Şək. 20).

Diqqət: Ütü istidir.

Ərp Təmizləmə prosesi zamanı Ərp Təmizləmə qabı qızır. Qaba toxunmazdan əvvəl təxminən 5 dəqiqə 

gözləyin. Sonra Ərp Təmizləmə qabını çanağa boşaldın və gələcək istifadə üçün saxlayın (Şək. 21).

Lazım gələrsə, 1 və 8-ci addımları təkrarlaya bilərsiniz. Ərp Təmizləmə prosesinə başlamazdan əvvəl Ərp 

Təmizləmə qabını boşaltdığınıza əmin olun.
Qeyd: Ütünün içərisində ərp yığılmayıbsa, Ərp Təmizləmə prosesi zamanı ütü altlığından təmiz su axa 

bilər. Bu, normaldır.

Ərp Təmizləmə prosesinin həyata keçirilməsi haqqında ətraflı məlumat üçün bu linkdəki videolara baxın: 

http://www.philips.com/descaling-iron.

Azərbaycan

Характеристики

Оцените статью
tehnopanorama.ru
Остались вопросы?

Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)

Задать вопрос

Часто задаваемые вопросы
Как посмотреть инструкцию к Philips PerfectCare Compact Plus GC7920/20?
Необходимо подождать полной загрузки инструкции в сером окне на данной странице
Руководство на русском языке?
Все наши руководства представлены на русском языке или схематично, поэтому вы без труда сможете разобраться с вашей моделью
Как скопировать текст из PDF?
Чтобы скопировать текст со страницы инструкции воспользуйтесь вкладкой "HTML"