Samsung QThe Frame 85LS03B (QE85LS03BUXUA) - Инструкция по эксплуатации - Страница 2

Телевизоры Samsung QThe Frame 85LS03B (QE85LS03BUXUA) - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.

Если остались вопросы, задайте их в комментариях после инструкции.

"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.
Страница:
/ 2
Загружаем инструкцию
background image

Bu Samsung məhsulunu aldığınız üçün təşəkkür edirik.
Hərtəfli xidmət əldə etmək üçün məhsulunuzu www.samsung.com veb saytında qeydiyyatdan keçirin
Model 

                                              

 Seriya nöm. 

                                              

Bu İstifadəçi təlimatındakı rəqəmlər və şəkillər yalnız istinad üçün nəzərdə tutulub və məhsulun faktiki görünüşündən 
fərqlənə bilər.
Məhsulun dizaynı və spesifikasiyasları xəbərdarlıq olunmadan dəyişdirilə bilər.

© 2022 Samsung Electronics Co., Ltd. Bütün hüquqlar qorunur.

AZE

İSTİFADƏÇİ TƏLİMATI

Dünyanın istənilən nöqtəsindən Samsungla əlaqə saxlayın.

Samsung məhsulu ilə bağlı sual və ya təklifiniz yarandığı təqdirdə, Samsung şirkətinin Vahid Dəstək xidmətinə müraciət etmənizi xahiş 
edirik.

Ölkə

Samsung Xidmət Mərkəzi 

Vebsayt

RUSSIA

8-800-555-55-55

www.samsung.com/ru/support

BELARUS

810-800-500-55-500

www.samsung.com/ru/support

GEORGIA

0-800-555-555

www.samsung.com/ru/support

ARMENIA

0-800-05-555

www.samsung.com/ru/support

AZERBAIJAN

0-88-555-55-55

www.samsung.com/ru/support

KAZAKHSTAN

8-10-800-500-55-500 (GSM: 7799)

www.samsung.com/kz_ru/support

UZBEKISTAN

00-800-500-55-500 (GSM: 7799, 0799 (Uztelecom))

www.samsung.com/uz_ru/support

KYRGYZSTAN

00-800-500-55-500 (GSM: 9977)

www.samsung.com/kz_ru/support

TAJIKISTAN

8-10-800-500-55-500 (GSM: 8888)

www.samsung.com/kz_ru/support

MONGOLIA

1800-25-55

www.samsung.com/kz_ru/support

UKRAINE

0-800-502-000

www.samsung.com/ua/support (Ukrainian)

MOLDOVA

+373-22-667-400

www.samsung.com/ua/support

Bu istifadəçi təmilatını 

oxumazdan əvvəl

Bu televizor İstifadəçi Təlimatı və əlavə edilmiş elektron istifadəçi 
təlimatı ilə birlikdə verilir (

 >   

Menyu

 >   

Parametrlər

 > 

Dəstək

 > 

e-Manual-ı aç

).

Xəbərdarlıq! Təhlükəsizliklə 

bağlı vacib göstərişlər

Televizoru istifadə etməzdən əvvəl Təhlükəsizlik Təlimatlarını 
oxuyun. Samsung məhsulunuzun üzərində ola biləcək 
simvolların izahı üçün aşağıdakı cədvələ baxın.

DİQQƏT

ELEKTRİK VURMASI RİSKİ. AÇMAYIN.

DİQQƏT: ELEKTRİK ŞOKU RİSKİNİ AZALTMAQ ÜÇÜN 
ÖRTÜYÜ (YA DA ARXA HİSSƏNİ) ÇIXARMAYIN. İÇƏRİDƏ 
İSTİFADƏÇİLƏRƏ XİDMƏT ÜÇÜN LAZIMİ HİSSƏLƏR 
YOXDUR. BÜTÜN TEXNİKİ XİDMƏT İŞLƏRİ İLƏ BAĞLI 
İXTİSASLI PERSONAL İLƏ ƏLAQƏ SAXLAYIN.

Bu simvol içəridə yüksək gərginliyin 
olduğunu göstərir. Bu məhsulun hər hansı 
daxili hissəsinə hər hansı tərzdə toxunmaq 
təhlükəlidir.

Bu simvol onu göstərir ki, bu məhsula istismar 
və texniki xidmətlə bağlı mühüm sənədlər 
daxildir.

II sinif məhsulu: Bu simvol elektrik 
torpaqlama (yerləndirmə) ilə təhlükəsiz 
əlaqənin tələb olunmadığını göstərir. Əgər 
elektrik kabelli məhsulun üzərində bu simvol 
olmazsa, məhsulun qoruyucu torpaq kabeli 
(torpaqlama) ilə əlaqəsi OLMALIDIR.

DC gərginliyi: Bu işarə ilə işarələnmiş nominal 
gərginlik DC gərginliyidir.

SC gərginlik: Bu işarə ilə işarələnmiş nominal 
gərginlik SC gərginliyidir.

Diqqət. İstifadə təlimatları haqqında 
məsləhətləşin: Bu işarə istifadəçiyə 
təhlükəsizliklə bağlı daha çox məlumat almaq 
üçün istifadəçi kitabçasına baxmağı tövsiyə 
edir.

02  Televizorun One 

Connect Boxa qoşulması

One Connect Box vasitəsilə necə qoşulmaq barədə ətraflı 
məlumat üçün Quick Setup Guide baxın.

 

• One Connect qutususnu baş aşağı və ya dik 

vəziyyətdə istifadə etməyin.

 

• Kabelin aşağıdakı hərəkətlərdən heç birinə 

məruz qalmamasına diqqət yetirin. One 
Invisible Connectionda cərəyan dövrəsi var.

Əymək

Burulmaq

Dartmaq

Klikləmək

Elektrik vurması

1 SINIF LAZER MƏHSULU (One Invisible Connection

)

 

• Diqqət - Açıldığında görünməz lazer şüalanması. İşığa 

birbaşa baxma.

 

One Invisible Connection kabelini çox əyməyin. Kabeli 
kəsməyin.

 

Kabelin üzərinə ağır əşyalar qoymayın.

 

Kabel konnektorlarından heç birini sökməyin.

 

• Diqqət! - Burada qeyd olunanlardan başqa nəzarət 

vasitələrinin, tənzimləmələrin və ya prosedurların yerinə 
yetirilməsinin istifadəsi təhlükəli radiasiyaya məruz qalma 
ilə nəticələnə bilər.

03  İlkin Quraşdırma

Televizorunuzu ilk dəfə yandırdığınız zaman, İlkin Quraşdırma 
prosesini dərhal başlayır. Ekranda göstərilən təlimatları izləyin 
və televizorun əsas parametrlərini öz baxış seçimlərinizə 
uyğunlaşdırın.

 

• 43LS03B modeli divara quraşdırılma zamanı şaquli şəkildə 

quraşdırıla və istifadə edilə bilər.

 

Bəzi funksiyalar portret rejimi və ya tam ekran rejimini 
dəstəkləməyə bilər.

 

Landşaft rejimi üçün optimallaşdırılmış ilkin parametr.

Əməliyyat

 

• Bu cihazda batareyalardan istifadə olunub. Yaşadığınız yerdə 

bu batareyaların düzgün şəkildə utilizasiya olunmasını tələb 
edən ekoloji qaydalar ola bilər. Utilizasiya və ya təkrar emalla 
bağlı məlumat üçün yerli orqanlarla əlaqə saxlayın.

 

• Aksesuarları (pult və s.) uşaqların əli çatmayan yerdə saxlayın.

 

• Məhsulu yerə salmayın və onu nişan almayın. Məhsul 

zədələnibsə, elektrik naqilini şəbəkədən ayırın və Samsung 
Xidmət Mərkəzi ilə əlaqə saxlayın.

 

• Pult və ya batareyaları utilizasiya etmək üçün yanan alova 

atmayın.

 

• Batareyaların qısaqapanmağına şəarait yaratmayın, onları 

sökməyin və ya çox isitməyin.

 

DİQQƏT

: Əgər pultda istifadə olunan batareyaları səhv tipli 

batareya ilə əvəz etsəniz, o zaman partlama təhlükəsi yarana 
bilər. Yalnız eyni və ya ekvivalent tip ilə əvəz edin.

 

• XƏBƏRDARLIQ - YANĞININ YAYILMASININ 

QARŞISINI OLMAQ ÜÇÜN ŞAMLARI VƏ 
DİGƏR YANAN ƏŞYALARI BU MƏHSULDAN 
HƏMİŞƏ UZAQDA SAXLAYIN.

Televizora qulluq

 

• Bu cihazı təmizləmək üçün elektrik naqilini divar elektrik 

yuvasınnan ayırın və məhsulu yumşaq, quru parça ilə 
silin. Mum, benzol, spirt, solventlər, insektisidlər, hava 
təravətləndiriciləri, sürtkü yağları və ya yuyucu vasitələr kimi 
kimyəvi maddələrdən istifadə etməyin. Bu kimyəvi maddələr 
televizorun görünüşünü zədələyə və ya məhsulun üzərindəki 
yazıları silə bilər.

 

• Təmizləmə zamanı televizorun xarici korpusu və ekranı cızıla 

bilər. Cızıqların qarşısını almaq üçün xarici korpusu və ekranı 
yumşaq bir parça ilə diqqətlə sildiyinizə əmin olun.

 

• Su və ya hər hansı mayeni birbaşa televizorun üzərinə 

çiləməyin. Məhsulun içərisinə gedən hər hansı maye 
nasazlığa, yanğına və ya elektrik vurmasına səbəb ola bilər.

Quraşdırma

 

• Bu cihazı radiator və konvektorun yanına və ya üzərinə və ya 

birbaşa günəş Şualarına məruz qalan bir yerə qoymayın.

 

• İçərisində su olan qabları (vaza və s.) bu cihazın üzərinə 

qoymayın, çünki bu, yanğına və ya elektrik vurmasına səbəb 
ola bilər.

 

• Cihazın yağış və ya nəm ilə təmasından yayının.

 

• Televizorunuzu güclü toz olan, yüksək və ya soyuq 

temperaturlu, yüksək rütubətli, kimyəvi maddələr olan bir 
məkanda və ya hava limanı, qatar stansiyası və s. kimi sutkada 
24 saat işləyəcəyi bir yerdə quraşdırmaq istəyirsinizsə, 
məlumat üçün səlahiyyətli Samsung Xidmət Mərkəzi ilə əlaqə 
saxlayın. Bunu etmədiyiniz zaman televizorunuza ciddi ziyan 
dəyə bilər.

 

• Cihazınıza su damlatmayın və ya sıçratmayın.

Televizorun divara quraşdırılması

Əgər siz bu televizoru divara quraşdırırsınızsa, 
istehsalçı tərəfindən verilən göstərişlərinə dəqiq 
əməl edin. Səhv quraşdırılıbsa, televizor sürüşə 
və ya aşa bilər və uşaq və ya böyüklər üçün ciddi 
zədələnmələrə səbəb ola və televizora ciddi ziyan 
vura bilər.

 

• Samsung divar montaj dəstini sifariş etmək üçün Samsung 

Xidmət Mərkəzi ilə əlaqə saxlayın.

 

• Əgər cihazı özünüz divara quraşdıracaqsınızsa, o zaman 

məhsula dəyən hər hansı zədəyə və özünüzə və ya başqalarına 
xəsarət yetirməyə görə Samsung Electronics məsuliyyət 
daşımır.

 

• VESA standartına uyğun gəlməyən və ya xüsusi qeyd 

edilməmiş divar kronşteyni istifadə edildiyi zaman yaxud 
istehlakçı məhsulun quraşdırılması ilə bağlı təlimatlara əməl 
etmədiyi zaman məhsula dəymiş zərər və ya sağlamlığa 
zərərə görə Samsung məsuliyyət daşımır.

 

• Divar montaj dəstini yerə perpendikulyar olan möhkəm bir 

divara quraşdıra bilərsiniz. Divar montaj dəstini alçıpandan 
başqa səthlərə birləşdirmədən öncə əlavə məlumat üçün 
ən yaxın dilerinizlə əlaqə saxlayın. Əgər televizoru tavana və 
ya meyilli divara quraşdırsanız, o, aşa və ciddi fərdi xəsarətlə 
nəticələnə bilər.

 

• Divar montaj dəstini quraşdırarkən, bütün dörd VESA vintini 

bərkitməyi tövsiyə edirik.

04  Problemlərin aradan 

qaldırılması və texniki 

qulluq

Problemlərin aradan qaldırılması

Əlavə məlumat üçün e-Manualda 

Nasazlıqların həlli.

 və ya "

FAQ

bölməsinə baxın.

 >   

Menyu

 >   

Parametrlər

 > 

Dəstək

 > 

e-Manual-ı aç

 > 

Nasazlıqların həlli.

 və ya 

FAQ

Problemlərin aradan qaldırılması üçün göstərişlərdən heç biri 
faydalı olmadısa, "www.samsung.com" saytına daxil olun və 
Dəstək düyməsini klikləyin və ya Samsung Xidmət Mərkəzi ilə 
əlaqə saxlayın.

 

• Bu TFT LED paneli istehsalı üçün mürəkkəb texnologiya tələb 

edən alt piksellər ehtiva edir. Bununla belə, ekranda bir neçə 
parlaq və ya tünd piksel ola bilər. Bu piksellər məhsulun 
performansına təsir etmir.

 

• Televizorunuzu optimal vəziyyətdə saxlamaq üçün ən son 

proqram versiyasına yeniləyin. TV menyusunda 

İndi Yenilə

 

və ya 

Avtomatik yeniləmə

 funksiyalarından istifadə edin (

 

>   

Menyu

 >   

Parametrlər

 > 

Dəstək

 > 

Proqram təminatı 

yeniləməsi

 > 

İndi Yenilə

 və ya 

Avtomatik yeniləmə

).

Televizor yanmır.

 

• One Connect Box elektrik kabelinin One Connect Box və divar 

şəbəkə girişinə etibarlı şəkildə qoşulduğundan əmin olun.

 

• Divardakı elektrik yuvasının işlədiyinə və televizorun alt 

hissəsindəki pult sensorunun və stabil qırmızı işığın yandığına 
əmin olun.

 

• Problemin pultda olmadığına əmin olmaq üçün televizorun 

aşağı sağ arxa küncündəki 

TV İdarəedici

 düyməsini basmağa 

cəhd edin. Əgər televizor işə salınarsa, "Pult işləmir" 
bölməsinə baxın.

Pult işləmir.

 

• Pultdakı   düyməsini basdığınız zaman televizorun altındakı 

pult sensorunun yanıb-söndüyünü yoxlayın.

 

Pultun batareyası az olduqda, batareyanı USB şarj 
portundan (C tipi) istifadə edərək doldurun və ya pultu 
tərsinə çevirin ki, günəş batareyası işıqla təmas etsin.

 

• Pultu 1.5-1,

8

 m məsafədən birbaşa televizora yönəltməyə 

çalışın.

 

• Əgər televizorunuz Samsung Smart Pult (Bluetooth Pult) ilə 

təchiz olunubsa, onu televizorunuza qoşulu olduğundan əmin 
olun. Samsung Smart Pult ilə qoşalaşmaq üçün   və 

 

düymələrini eyni vaxtda 3 saniyə basın.

Təhlükəsizlik tədbiri

Diqqət

: Televizoru dartsanız, itələsəniz və 

ya ona dırmaşsanız, o, aşa bilər. Xüsusilə, 
uşaqlarınızın televizordan sallanmadığından 
və tarazlığını pozmamasından əmin olun. 
Bu televizorun aşmasına, ciddi xəsarət və 
ya ölümlə nəticələnə bilər. Televizorunuzla 
birlikdə gələn təhlükəsizlik vərəqəsindəki 
bütün təhlükəsizlik tədbirlərinə riayət edin. 
Əlavə stabillik və təhlükəsizlik məqsədilə 
siz televizorunuzun aşmasının qarşısının 
almaq üçün aşmadan qorunma qurğusu alıb 
quraşdıra bilərsiniz.

XƏBƏRDARLIQ

: Heç vaxt televizoru qeyri-sabit 

yerdə yerləşdirməyin. Televizor aşaraq ciddi 
xəsarət və ya ölümlə nəticələnə bilər. Aşağıdakı 
sadə ehtiyat tədbirlərini görməklə, xüsusən 
uşaqlara dəyən xəsarətlər də daxil olmaqla, bir sıra 
xəsarətlərin qarşısını almaq olar:

 

• Həmişə Samsung tərəfindən tövsiyə olunan şkaflar və ya 

stendlər və ya montaj üsullarından istifadə edin.

 

• Həmişə televizor dəstini təhlükəsiz şəkildə dəstəkləyə bilən 

mebeldən istifadə edin.

 

• Həmişə televizorun dəstəkləyici mebelin kənar hissəsindən 

yuxarıda olmadığına əmin olun.

 

• Uşaqları həmişə televizora və onun idarəetmə elementlərinə 

çatmaq üçün mebelin üzərinə çıxmağın təhlükələri haqqında 
təlimatlandırın.

 

• Televizorunuza qoşulmuş naqilləri və kabelləri həmişə 

tapdalanmaması, dartılmaması və ya ilişməməsi üçün 
istiqamətləndirin.

 

• Heç vaxt televizoru qeyri-sabit yerdə yerləşdirməyin.

 

• Həm mebeli, həm də televizoru uyğun dayağa bağlamadan 

televizoru heç vaxt hündür mebellərin (məsələn, şkaflar və ya 
kitab şkafları) üzərinə qoymayın.

 

• Televizoru heç vaxt televizor və dəstəkləyici mebel arasında 

yerləşə biləcək parça və ya digər materialların üzərinə 
yerləşdirməyin.

 

• Heç vaxt uşaqları dırmaşmağa cəlb edə biləcək oyuncaq və 

pult kimi əşyaları televizorun və ya televizorun yerləşdirildiyi 
mebelin üzərinə qoymayın.

Əgər mövcud televizoru saxlayacaqsınızsa və yeri 
dəyişdiriləcəksə, yuxarıda göstərilən onlara da şamil olunmalıdır.

 

• Dəyişdirmək və ya təmizləmək üçün televizorun yerini 

dəyişməli və ya qaldırmalı olsanız, stendi dartmayın.

Qeydlər

 

• Cihaz Sinif B (yaşayış sahələrində istifadə üçün nəzərdə 

tutulmuş cihaz) rəqəmsal cihazlar qrupuna daxildir.

 

• Enerji təchizatı və əlavə enerji sərfiyyatı məlumatı üçün 

məhsul üzərindəki etiketə baxın.

 

Əksər modellərdə etiket televizorun arxasına yapışdırılır. 
(Bəzi modellərdə etiket qapaq terminalının içərisindədir.)

 

One Connect Box modellərində etiket One Connect Boxun 
altına yapışdırılır.

 

• LAN kabelini qoşmaq üçün CAT 7 kabelindən (*STP tipi) 

istifadə edin. (100/10 Mbit/s)
* Shielded Twisted Pair

 

• Quick Setup Guidedakı şəkillər və spesifikasiyalar faktiki 

məhsuldan fərqli ola bilər.

 

• Aşağıdakı hallarda inzibati rüsum tutula bilər:

(a) Sizin sorğunuz əsasında mühəndis çağırılır, lakin məhsulda 
qüsur olmadığı məlum olur (yəni təlimatlar oxunmayıb).
(b) Siz məhsulu Samsung xidmət mərkəzinə gətirirsiniz, lakin 
məhsulda qüsur olmadığı məlum olur (yəni, təlimat kitabçası 
oxunmayıb).

 

• Texnik gəlməmişdən əvvəl sizə inzibati rüsm barədə məlumat 

veriləcək.

Tövsiyə - Yalnız Aİ

Bununla, Samsung bəyan edir ki, bu radio avadanlıq 2014/53/
EU Direktivinə və Böyük Britaniyanın müvafiq qanunvericilik 
tələblərinə uyğundur.
Uyğunluq bəyannaməsinin tam mətni ilə aşağıdakı internet 
ünvanında tanış olmaq olar:
http://www.samsung.com Dəstək bölməsinə keçid edin və 
model adını daxil edin.
Bu avadanlıq bütün Aİ ölkələrində və Böyük Britaniyada istifadə 
oluna bilər.

Enerji təchizatı

 

• Divardakı elektrik yuva, uzatma kabellərini və ya adapterləri 

onların normal gərginlik və həcmindən artıq yükləməyin. Bu 
yanğına və ya elektrik vurmasına səbəb ola bilər.
Gərginlik və cərəyan gücü haqqında məlumat üçün istifadəçi 
təlimatında və ya məhsulun üzərindəki enerji təchizatı 
etiketindəki güc spesifikasiyası bölməsinə baxın.

 

• Elektrik naqilləri elə yerləşdirilməlidir ki, onların üzərində 

gəzmək və ya onların üzərinə və ya əks şəkildə qoyulmuş 
əşyalar onları basıb əzməsin. Ştekerin, divardakı elektrik 
yuvasının və onların cihazdan çıxdığı yerdəki naqillərə xüsusi 
diqqət yetirin.

 

• Bu cihazın açıq hissələrinə heç bir halda metal əşyalar 

salmayın. Bu elektrik vurmasına səbəb ola bilər.

 

• Elektrik şokundan yayınmaq üçün heç vaxt bu cihazın daxili 

hissələrinə toxunmayın. Yalnız ixtisaslı bir texnik bu cihazın 
içini aça bilər.

 

• Elektrik naqilini taxdığınız zaman onun möhkəm yerinə 

oturduğundan əmin olun. Elektrik naqilini elektrik 
yuvasınnan ayırarkən həmişə elektrik naqilini ştekerdən 
tutaraq çəkin. Heç vaxt elektrik naqilindən çəkərək onu 
şəbəkədən ayırmayın. Enerji naqilinə yaş əllərlə toxunmayın.

 

• Əgər bu cihaz normal işləmirsə, xüsusilə ondan qeyri-adi 

səslər və ya iy gəlirsə, onu dərhal şəbəkədən ayırın və 
səlahiyyətli diler və ya Samsung Xidmət Mərkəzi ilə əlaqə 
saxlayın.

 

• Bu qurğunu ildırım vurmasından qorumaq və ya uzun 

müddət nəzarətsiz və istifadəsiz qoymaq üçün onu elektrik 
şəbəkəsindən çıxartdığınıza və antena və ya kabel sistemini 
isə ayırdığınıza əmin olun.

 

Yığılmış toz elektrik naqilində qığılcıma, isinməyə və 
ya izolyasiyanın zəifləməsinə səbəb olaraq elektrik 
vurmasına, elektrik sızıntısına və ya yanğına səbəb ola 
bilər.

 

• Yalnız düzgün şəkildə yerləndirilmiş şteker və divar elektrik 

yuvasınnan istifadə edin.

 

Qeyri-düzgün torpaqlanma elektrik şoku və ya avadanlığa 
zərərə səbəb ola bilər. (Yalnız I Sinif avadanlıqlar)

 

• Bu cihazı tamamilə söndürmək üçün onu divar elektrik 

yuvasınnan ayırın. Lazım gələrsə, bu cihazı tez bir zamanda 
elektrik şəbəkəsindən ayıra bilmək üçün divar elektrik 
yuvasının və elektrik ştekerinin asanlıqla əlçatan yerdə 
olduğundan əmin olun.

TV İdarəediciin istifadə olunması

Siz televizorun aşağı sağ küncündə yerləşən 

TV İdarəedici

 

düyməsi ilə televizoru yandıra və sonra 

İdarəetmə menyusu

nu 

istifadə edə bilərsiniz. 

İdarəetmə menyusu

 TV yanılı olan zaman 

TV İdarəedici

 düyməsi basıldıqda görünür.

 

• Televizorun altındakı qoruyucu film çıxarılmasa, ekran qarala 

bilər. Zəhmət olmasa qoruyucu filmi çıxarın.

 

İdarəetmə menyusu

 

TV İdarəedici

 düyməsi/ 

Pult sensoru

 / 

Motion Sensor

 / 

Mikrafon açarı

 

TV rejimi

 

Bas: Apar

 

Basıb saxlayın: Seç

 

İncəsənət rejim

 

Mətbuat

: TV rejiminə keçin.

 

İncəsənət

 rejimində televizorun altındakı pult sensoru sönülü 

qalır.

Mikrofonu necə yandırıb söndürmək olar

Sönülü

Yanılı

Siz televizorun aşağı sağ küncündəki açardan istifadə edərək 
mikrofonu yandıra və ya söndürə bilərsiniz. Əgər mikrofon 
sönülüdürsə, mikrofondan istifadə edən bütün səs və audio 
funksiyaları deaktiv olacaq.

 

• Mikrofon düyməsinin mövqeyi və forması modeldən asılı 

olaraq dəyişə bilər.

 

• Mikrofondakı məlumatları istifadə edərək təhlil edərkən heç 

bir məlumat saxlanılmır.

01  Qutuda nə var?

Aşağıdakı hissələrin televizor dəstinizə daxil olduğundan əmin 
olun. Hər hansı bir hissə çatışmırsa, dilerinizlə əlaqə saxlayın.

 

• Samsung Smart Pult

 

• İstifadəçi təlimatı

 

• Zəmanət Kartı / Tənzimləyici Bələdçi (bəzi ölkələrdə mövcud 

deyil)

 

• One Connect Box

 

• One Connect Box elektrik naqili

 

• One Invisible Connection

 

• Hissələrin rəngləri və formaları modellərdən asılı olaraq 

dəyişə bilər.

 

• Çatdırılmaya daxil olmayan kabelləri ayrıca almaq olar.

 

• Bağlamanı açarkən qablaşdırma materiallarının arxasında və 

ya içərisində gizlənmiş aksesuarlar olub-olmadığını yoxlayın.

Xəbərdarlıq

: Düzgün istifadə edilmədikdə ekranlar 

birbaşa təzyiq nəticəsində zədələnə bilər. Şəkildə 
göstərildiyi kimi televizoru kənar hissələrindən 
qaldırmağı tövsiyə edirik. Cihazla rəftar haqqında 
ətraflı məlumat üçün bu məhsulla təchiz edilmiş 
Quick Setup Guidea baxın.

Bu ekrana 
toxunmayın!

 

• Əgər divar montaj dəstini yalnız iki üst vintdən istifadə edərək 

divara bərkidərək quraşdırmaq istəyirsinizsə, o zaman bu cür 
quraşdırmanı dəstəkləyən Samsung divar montaj dəstindən 
istifadə edin. (Yaşadığnız ölkədən asılı olaraq bu tip divar 
montaj dəstini ala bilməyə bilərsiniz.)

 

• Televizoru 15 dərəcəlik maillik bucağından artıq olan bucaq 

altında quraşdırmayın.

 

• Divar montaj dəstləri üçün standart ölçülər Quick Setup 

Guidedəki cədvəldə göstərilmişdir.

Divar montaj dəstini televizor yanılı olarkən 
quraşdırmayın. Bu, elektrik vurması nəticəsində 
fərdi zədələnmələr ilə nəticələnə bilər.

 

• Standart ölçüdən uzun olan və ya VESA standart vint 

xüsusiyyətlərinə uyğun gəlməyən vintlərdən istifadə etməyin. 
Çox uzun vintlər televizorun içinə zədə dəyməsinə səbəb ola 
bilər.

 

• VESA standart vint texniki göstəricilərinə uyğun gəlməyən 

divar kronşteynləri üçün vintlərin uzunluğu divara montaj 
üzrə texniki xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.

 

• Vintləri çox bərk sıxmayın. Bu, məhsula zədə dəyməsinə, 

yaxud onun yerə düşərək xəsarətə səbəb olmasına aparıb 
çıxara bilər. Samsung bu cür qəza hadisələrinə görə 
məsuliyyət daşımır.

 

• Televizoru divara quraşdırması üçün bütün hallarda iki şəxs 

tərəfindən aparılmalıdır.

 

82 dyüm və ya daha böyük modellər üçün televizoru 
quraşdırmaq üçün dörd nəfərin köməyindən istifadə edin.

Televizorunuz üçün lazımi havalandırmanın təmin 

edilməsi

Televizoru və One Connect qutusunu quraşdırarkən, düzgün 
havalandırmanı təmin etmək üçün One Connect və digər əşyalar 
(divarlar, şkafın yan hissələri və s.) arasında ən azı 10 

sm

 məsafə 

saxlayın. Düzgün havalandırmanın təmin olunmaması yanğına 
və ya məhsulun daxili temperaturunun artması nəticəsində 
məhsulda yaranan problemə səbəb ola bilər.

 

• Televizorunuzu stend və ya divar montajı ilə quraşdırdığınız 

zaman yalnız Samsung Electronics tərəfindən təmin olunan 
hissələrdən istifadə etməyi tövsiyə edirik. Başqa istehsalçının 
təmin etdiyi hissələrin istifadəsi məhsulla bağlı çətinliklərə 
və ya məhsulun aşması nəticəsində yaralanmalara səbəb ola 
bilər.

Eko Sensor və ekran parlaqlığı

Eko Sensor televizorun parlaqlığını avtomatik olaraq tənzimləyir. 
Bu funksiya otağınızdakı işığı ölçür və enerji istehlakını azaltmaq 
üçün televizorun parlaqlığını avtomatik optimallaşdırır. Əgər 
bunu söndürmək istəyirsizsə, o zaman 

 >   

Menyu

 >   

Parametrlər

 > 

Bütün Parametrlər

 > 

Ümumi və Məxfilik

 > 

Güc və 

Enerjiyə Qənaət

 > 

Parlaqlığın Optimallaşdırılması

 keçid edin.

 

• Eko sensor televizorun aşağı hissəsində yerləşir. Sensoru heç 

bir obyektlə bloklamayın. Bu təsvirin parlaqlığını azalda bilər.

05  Spesifikasiyalar və digər 

məlumatlar

Xüsusiyyətlər

Displeyin dəqiqlik göstəricisi

3840 x 2160

Səs (çıxış)

43"-50": 20 Vt
55"-85": 40 Vt

Enerji təchizatı

AC100-240V~ 50/60Hs

Enerji istehlakı

QE43LS03BAU: 110 Vt
QE50LS03BAU: 120 Vt
QE55LS03BAU: 170 Vt
QE65LS03BAU: 215 Vt
QE75LS03BAU/QE85LS03BA: 290 Vt

İstismar temperaturu

10 °C - 40 °C (50 °F - 104 °F)

İstismar rütubəti

10 % - 80 %, kondensasiya olunmayan

Saxlama temperaturu

-20 °C - 45 °C (-4 °F - 113 °F)

Saxlama rütubəti

5 % - 95 %, kondensasiya olunmayan

Televizorun aşmasının qarşısının alınması

Divar ankeri 
(təmin olunmayıb)

1. 

Müvafiq vintlərdən istifadə edərək, kronşteynləri divara 
möhkəm bağlayın. Vintlərin divara möhkəm birləşdiyindən 
əmin olun.

 

Divardan asılı olaraq divar ankerləri kimi əlavə materiala 
ehtiyac ola bilər.

2. 

Müvafiq ölçülü vintlərdən istifadə edərək, kronşteyn dəstini 
televizora möhkəm bağlayın.

 

Vint spesifikasiyaları üçün Quick Setup Guideında 
cədvəldəki standart vint bölməsinə baxın.

3. 

Televizora və divara bərkidilmiş kronşteynləri dözümlü, ağır 
işlərdə istifadə olunan bir iplə birləşdirin və sonra ipi möhkəm 
bağlayın.

 

Televizoru arxaya aşmaması üçün divarın yanında 
quraşdırın.

 

Divara bərkidilmiş kronşteynlərin televizora bərkidilmiş 
kronşteynlərlə eyni hündürlükdə və ya onlardan aşağı 
hündürlükdə olması üçün ipi birləşdirin.

Televizoru stend üzərində quraşdırarkən ehtiyat 

tədbirləri

Televizoru stend üzərində quraşdırarkən, stendi stolun arxasına 
qoymayın. Əks halda, televizorun alt tərəfindəki hərəkət sensoru 
düzgün işləməyə bilər.

Enerji istehlakının azaldılması

Televizoru söndürəndə o gözləmə rejiminə keçir. Gözləmə 
rejimində o, az miqdarda enerji istifadə etməyə davam edir. 
Enerji sərfiyyatını azaltmaq üçün televizordan uzun müddət 
istifadə etməyəcəksinizsə, elektrik kabelini şəbəkədən ayırın.

Lisenziyalar

The terms HDMI, HDMI High-Definition Multimedia Interface, 
HDMI trade dress and the HDMI Logos are trademarks or 
registered trademarks of HDMI Licensing Administrator, Inc.

Характеристики

Оцените статью
tehnopanorama.ru
Остались вопросы?

Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)

Задать вопрос

Часто задаваемые вопросы
Как посмотреть инструкцию к Samsung QThe Frame 85LS03B (QE85LS03BUXUA)?
Необходимо подождать полной загрузки инструкции в сером окне на данной странице
Руководство на русском языке?
Все наши руководства представлены на русском языке или схематично, поэтому вы без труда сможете разобраться с вашей моделью
Как скопировать текст из PDF?
Чтобы скопировать текст со страницы инструкции воспользуйтесь вкладкой "HTML"