Атлант СМА 35М82 - Инструкция по эксплуатации - Страница 13

Стиральная машина Атлант СМА 35М82 - инструкция пользователя по применению, эксплуатации и установке на русском языке. Мы надеемся, она поможет вам решить возникшие у вас вопросы при эксплуатации техники.

Если остались вопросы, задайте их в комментариях после инструкции.

"Загружаем инструкцию", означает, что нужно подождать пока файл загрузится и можно будет его читать онлайн. Некоторые инструкции очень большие и время их появления зависит от вашей скорости интернета.
Страница:
/ 32
Загружаем инструкцию
background image

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

13

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

1.3 MAŞININ ƏLAVƏ FUNKSİYALARI

1.3.1 

Əlavə  funksiyaların  qoşulma  mümkünlüyü  yuma  proqramından 

asılıdır. Proqrama uyğun olmayan əlavə funksiyalar görünmür (bax cədvəl 1).

Lazımi funksiya müvafiq düyməyə basmaqla seçilir.

1.3.2

 

Təxirə salınmış start

 

 yuma prosesinin başlanmasını 1 sa-

atdan 24 saata qədər müəyyən vaxtadək təxirə salmağa imkan verir.

1.3.3 İlkin yuma

 

 

 pambıq parçadan hazırlanmış çox çirklənmiş 

məmulatlar üçün nəzərdə tutulub.

Bu  funksiyanın  seçilməsi  zaman  məmulatlar  əlavə    olaraq  yuyucu 

vasitə ilə 30 

0

С temperaturda yuyulur ki, bu da əsas yuma zamanı çirkin 

keyfiyyətli təmizlənməsini təmin edir.

1.3.4  İslatma

 

  çox  çirklənmiş  pambıq  parçadan  hazırlanmış 

məmulatlar üçün nəzərdə tutulub. Məmulatlar 2 saat yuyucu vasitə ilə suda 

saxlanılır (vaxtaşırı çevrilir), daha sonra seçilmiş proqram üzrə yuyulur. Fun-

ksiyalar seçilən zaman eyni vaxtda ilkin yuma funksiyası da işə düşür — iki 

müvafiq  indikator  yanır.  İslatma  ilkin  yuma  başa  çatdıqdan  sonra  yerinə 

yetirilir ki, bu zaman islatma indikatoru yanıb-sönməyə başlayır.

İslatma  müddətini  azaltmaq  üçün 

  düyməsini  təkrar  basmaq 

lazımdır  —  funksiya  sönəcək  və  maşın  seçilmiş  proqram  ürə  işləməyə 

başlayacaq.

1.3.5  Əlavə  yaxalama

 

  uşaq  paltarları,  yuyucu  vasitələrə 

allergiyası  olan  insanların  əşyaları  və  ya  yuyucu  vasitənin  kifayət  qədər 

yaxalanmadığı çox yumşaq suda yumaq üçün nəzərdə tutulub. 

Bu funksiyanın seçilməsi zaman yuma proqramına daha bir yaxalama 

əlavə edilir.

1.3.6 Yüngül ütüləmə

 

 yuma və sıxma prosesində parçaların 

əzilməsinin  azaldılması,  sonradan  ütüləmənin  asanlaşdırılması  üçün 

nəzərdə tutulub.  Funksiyadan istifadə qoruyucu yuma rejimini və yumadan 

sonra minimal miqdarda qatla ehtiyatla sıxmanı təmin edir.

1.3.7 Çəndə su ilə dayandırılma

 

 

 - parçaların əzilməsini aza-

ltmaq üçün nazik parçalardan hazırlanmış məmulatların yuyulması üçün 

istifadə olunur. 

Funksiyanın seçilməsi zaman boşaltma və yekun sıxma silsiləsi istis-

na olunur. Yuma prosesi başa çatdıqdan sonra suyu boşaltmaq zəruridir: 

dəstək 

 

simvolu üzərinə qoyulmalı, “BOŞALTMA” proqramı seçilməli və 

işə salınmalıdır.

1.4 MAŞININ YANDIRILMASI VƏ PROQRAMIN SEÇİLMƏSİ

1.4.1

 Maşını yandırmaq üçün dəstək şəkil 2-yə uyğun olaraq lazımi 

yuma  proqramı  bölgüsü  üzərinə  qoyulmalıdır.  Displeydə  yuma  proqramı 

əməliyyatlarının indikatoru və onun əsas parametrləri yanır.

Cədvəl  1-ə  uyğun  olaraq  proqramın  seçilməsi  zamanı  istehsalçının 

təyin etdiyi əsas yuma parametrləri avtomatik olaraq verilir (sıxmanın sürəti, 

yuyulma temperaturu, onun müddəti və s.).

1.4.2

 Displeydə əks olunmuş yuma müddəti laborator şəraitdə təyin 

edilir.  O,  maşının  iş  prosesində  su  kəməri  şəbəkəsində  temperaturdan 

və təzyiqdən, yüklənən paltarların kütləsindən, məmulatların parçalarının 

növündən,  elektrik  şəbəkəsində  gərginliyin  həcminin  dəyişməsindən  və 

sairədən asılı olaraq dəyişə bilər (arta və ya azala bilər).

DİQQƏT!  Displeydə  yumanın  başa  çatmasına  qədər  olan  vaxt 

göstəricisi yumanın faktiki başa çatdığı vaxtla üst-üstə düşməyə bilər.

1.4.3

 Proqram yalnız yuma prosesi başlamazdan əvvəl seçilir. Maşın 

işləyən  zaman  (maşın  söndürülmədən)  dəstəyin  yeni  proqram  bölgüsü 

üzərinə qoyulması daha əvvəl seçilmiş proqramı dəyişməyə imkan vermir.

1.4.4

  Proqram  seçildikdən  sonra  1.5-1.7-yə  uyğun  olaraq  yuma 

parametrlərini dəyişmək və ya əlavə funksiyaları seçmək mümkündür.

1.5 TEMPERATURUN SEÇİLMƏSİ

Şəkil 3-ə uyğun olaraq 

 

 düyməsini basmaqla proqramda nəzərdə 

tutulmuş yuma temperaturunu azaltmaq olar. Düyməni basan zaman te-

mperaturun indikasiya zonasında növbə ilə maksimumdan   simvoluna 

qədər qiymətlər görünür və bu təkrarlanır. Temperaturun seçilməsi ilə eyni 

vaxtda yuma müddətinin göstəricisi dəyişəcək.

Yuma temperaturunun seçilmiş qiymətləri — su qızmadan (

 

 sim-

volu), 30 

0

С, 40 

0

С, 60 

0

С, 90 

0

С-dir.

1.6 SIXMA SÜRƏTİNİN SEÇİLMƏSİ

Şəkil  3-ə  uyğun  olaraq 

 

  düyməsini  basaraq  yuma  proqramı  ilə 

nəzərdə tutulmuş sıxma sürətini azaltmaq mümkündür. Düymə basıldıqda 

sıxma sürətinin rəqəmli qiymətlərlə indikatoru növbə ilə maksimumdan 

 

 

simvoluna qədər görünür və bu təkrarlanır.

Sıxma  sürətinin  seçilmiş  qiymətləri  —  maksimumdan  (maşının 

modelindən asılı olaraq) minimuma – sıfıra qədər (sıxma söndürülüb — 

 

 

simvolu).

DİQQƏT!  Əsas  yuma  əməliyyatları  arasında  sıxmaların  sürəti 

tənzimlənmir və seçilmiş proqramdan asılıdır.

DİQQƏT! Barabanda paltarlar qeyri-bərabər paylandıqda sıxmanın 

sürəti avtomatik olaraq azalır və ya sıxma icra edilmir.

1.7 ƏLAVƏ FUNKSİYANIN SEÇİLMƏSİ 

1.7.1

 Əlavə funksiyanı seçmək üçün ona uyğun olan düyməni basmaq 

lazımdır — şəkil 3-ə uyğun olaraq indikator yanır. Düyməni təkrar basdıqda 

işıq indikatoru sönür, funksiya ləğv olunur.

Əlavə funksiyaların seçilməsi yalnız yuma prosesinin başlanmasından 

əvvəl mümkündür. Maşın işləyən zaman düymələr basıldıqda üçqat səsli 

siqnal eşidilir - əlavə funksiya işə düşmür.

DİQQƏT!  Əgər  seçilmiş  funksiya  seçilmiş  proqramla  uyğun 

deyilsə,  indikator  yanmır  və  funksiya  işə  düşmür  (üç  səsli  siqnal 

eşidilir).

1.7.2

 

Təxirə salınmış start vaxtının təyin edilməsi

  düyməsini  basmaq  —  indikator  yanacaq,  zaman  indikasiyası 

zonasında yuma prosesinin başlanmasının maksimum gecikmə vaxtı 24 

saat («24:Н») görünəcək. 

 

 düyməsinə basaraq, lazım olan vaxtı təyin 

etmək lazımdır (göstəricinin  dəyişmə intervalı 1 saatdır).

Funksiyanı söndürmək üçün yuma proqramını seçmə dəstəyini

 

 si-

mvolu üzərinə qoymalı və yenidən yuma proqramını seçmək lazımdır.

1.8 PROQRAMIN İŞƏ SALINMASI VƏ YUMANIN BAŞLANMASI

Proqramın  işə  düşməsi  və  maşının  işə  başlaması  üçün  düyməni 

basmaq  lazımdır  —  düymənin  indikatoru  yanır,  səsli  siqnal  eşidilir, 

qapının blokirovka qurğusu işə düşür və yuma prosesi başlayır. Displeydə 

yumanın başa çatmasına qədər olan vaxtın hesablanması başlayır. Əgər 

“Təxirə salınmış start” əlavə funksiyası (

) seçilibsə, displeydə yumanın 

başlanmasına qədər olan vaxtın hesablanması başlayacaq.

1.9 MAŞININ İŞİNDƏ FASİLƏ 

Proqram ləğv edilmədən maşının işini dayandırmaq zərurəti yarandıqda 

basılmış 

 

 düyməsini 2 saniyə ərzində - 

 

 düyməsində indikatorun 

yanıb-sönməsi  və  səsli  siqnal  əmələ  gələnə  qədər  saxlamaq  lazımdır. 

Displeydə vaxtın hesablanması dayanacaq və təxminən 2 dəqiqədən sonra 

qapının blokirovka qurğusu sönəcək.

Maşının işini davam etdirmək üçün 

 düyməsini basmaq lazımdır. 

Maşın  dayandırılmış  yuma  əməliyyatının  əvvəlindən  proqramın  yerinə 

yetirilməsini davam etdirəcək, yuyulmanın başa çatma müddəti artırıla bilər.

“Zərif  parçalar”,  “Yun”,  “Əl  ilə  yuma”,  “Kombi-yuma”  proqramlarında 

maşının  işini dayandırmaq qeyri-mümkündür. Əgər bu proqramların yerinə 

yetirilməsi  zaman  qapını  açmaq  lazımdırsa,  qabaqcadan  suyu  boşaltmaq: 

proqramı  ləğv  etmək,  daha  sonra  “Boşaltma”  proqramını  seçmək  və  işə 

salmaq lazımdır.

DİQQƏT! Əgər barabanda suyun səviyyəsi vizual olaraq qapının 

şüşəsindən müəyyən edilirsə, maşının qapısını açmayın.

1.10 PROQRAMIN LƏĞV EDİLMƏSİ

Daha  əvvəl  seçilmiş  proqramı  ləğv  etmək  üçün  yuma  proqramını 

seçmə dəstəyini 

 

simvolunun üzərinə qoymaq lazımdır: maşın sönür və 

yerinə yetirilən proqram ləğv olunur. Lazım gəldikdə başqa yuma proqramı 

seçmək lazımdır.

1.11 MAŞININ SÖNDÜRÜLMƏSİ

1.11.1

  Sonuncu  yuma  əməliyyatı  başa  çatdıqdan  sonra  təxminən  2 

dəqiqədən  sonra  qapının  blokirovka  qurğusu  sönür  —    displeydə  “END” 

yazısı  yaranır.  Üçqat  səsli  siqnal  eşidilir  və 

 

  düyməsində  indikator 

sönür. 

Əgər maşın elektrik şəbəkəsindən ayrılmayıbsa, bu zaman üçqat səsli 

siqnal bir dəqiqəlik intervalla daha beş dəfə eşidiləcək.

1.11.2

 Yuma başa çatdıqdan sonra proqramı seçmə dəstəyini 

 

 simv-

olu üzərinə qoymaq lazımdır — maşın sönür. Çəngəli rozetkadan çıxarmaq 

və su kranını bağlamaq lazımdır.

2   Y U M A   P R O Q R A M I

Maşında cədvəl 1-ə uyğun olaraq standart (Pambıq, Sintetika, Zərif 

parçalar, Yun) və xüsusi (Əl ilə yuma, Ekspress-yuma, Kombi-yuma İntensiv-

yuma, Ləkələrin çıxardılması, İdman geyimi, İdman ayaqqabısı, Zərif sıxma, 

Yaxalama, Boşaltma, Sıxma) yuma proqramları nəzərdə tutulub.

Xüsusi  proqramlar  yuma  vaxtını  və  elektrik  enerjisi  sərfiyyatını 

azaltmağa imkan verir.

Полезные видео

Характеристики

Оцените статью
tehnopanorama.ru
Остались вопросы?

Не нашли свой ответ в руководстве или возникли другие проблемы? Задайте свой вопрос в форме ниже с подробным описанием вашей ситуации, чтобы другие люди и специалисты смогли дать на него ответ. Если вы знаете как решить проблему другого человека, пожалуйста, подскажите ему :)

Задать вопрос

Часто задаваемые вопросы
Как посмотреть инструкцию к Атлант СМА 35М82?
Необходимо подождать полной загрузки инструкции в сером окне на данной странице
Руководство на русском языке?
Все наши руководства представлены на русском языке или схематично, поэтому вы без труда сможете разобраться с вашей моделью
Как скопировать текст из PDF?
Чтобы скопировать текст со страницы инструкции воспользуйтесь вкладкой "HTML"